waplog

“Huawei” smartfonlarının sayı azaldılacaq


"Huawei" şirkəti sanksiyalar səbəbindən smartfon istehsalını azaltmaq niyyətindədir. Bu barədə "Nikkei" agentliyinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, agentliyin məlumatına görə, Çin korporasiyası artıq tədarükçüləri 70-80 milyon ədəd smartfon üçün komponent hissələrinin sifarişini planlaşdırması barədə məlumatlandırıb. Beləliklə, 2021-ci ildə buraxılan smartfonların sayı 60 faizdən çox azaldılacaq. Bu göstərici 2020-ci ildə 189 milyon ədəd təşkil edib.

 

Blogerlərin hesabatına görə, şirkət diqqəti dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən smartfonların istehsalı və buraxılışına yönəldəcək. Bu, ABŞ sanksiyaları şəraitində "Huawei" şirkətinin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonlar üçün komponent hissələrinin tədarükünü təşkil etməkdə çətinliklərlə üzləşməsi ilə əlaqədardır. Tədarükçü şirkət nümayəndələrinin sözlərinə görə, buraxılan qurğuların sayı ilin sonunadək 50 milyon ədədədək azala bilər.

 

Jurnalistlərin istinad etdiyi "IDC" agentliyinin hesabatına görə, Çin korporasiyası 2020-ci ildə dünya smartfonlar bazarında üçüncü pilləyə enib. "Huawei" Cənubi Koreyanın "Samsung" və ABŞ-ın "Apple" şirkətlərindən geridə qalıb. Analitiklərin proqnozuna görə, 2021-ci ildə şirkət ABŞ tərəfindən tətbiq edilən ixrac sanksiyaları səbəbindən daha çox maliyyə itkiləri ilə üzləşə bilər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL