waplog

“Mac” kompüterlərinin bütün versiyaları üçün yeni virus aşkar edilib


"MacOS" əməliyyat sistemi çox vaxt "Windows" platformasına daha təhlükəsiz alternativ kimi təqdim edilir. Lakin kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış "Red Canary" şirkətinin bu yaxınlardakı hesabatına əsasən, yeni virus artıq dünyada 30 mindən çox "Mac" kompüterini yoluxdurub. Bu, həm "M1" prosessoru, həm də "Intel" prosessorları ilə işləyən modellərə aiddir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, tədqiqatçıların məlumatına görə, "Silver Sparrow" adlandırılmış zərərli proqram təminatı "macOS" sistemində əmrlərin icrası üçün "JavaScript" proqramlaşdırma dilindən istifadə edir. Virusun iki versiyası var: birincisi, "Intel" prosessorları üçün kompilyasiya olunmuş mach-object formatında ikilik fayl, ikincisi isə "Apple M1" çipi ilə təchiz edilmiş qurğuları hədəf alıb.

 

Zərərli proqram təminatı 153 ölkədə aşkar edilib, ABŞ, Böyük Britaniya, Kanada, Fransa və Almaniyada daha çox virusa yoluxmuş kompüter qeydə alınıb. Tədqiqatçılar bildiriblər ki, "Apple" şirkəti istifadəçiləri bu təhlükədən qorumaq üçün artıq müvafiq tədbirlər görür.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL