waplog

Afrikada ən güclü superkompüter istifadəyə verilib


Rabatın (Mərakeş) VI bin Muhəmməd əl-Həsən Politexnik Universiteti “Tier III” səviyyəli data mərkəzini rəsmən istifadəyə verib. Mərkəzdə Afrikanın ən güclü məhsuldar hesablamalar kompleksi yerləşir. Yeni superkompüter Atlas dağlarının ən yüksək zirvəsi şərəfinə “Toubkal” adlanır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, superkompüterin əsasını “Intel Xeon Platinum 8276L” prosessorları ilə təchiz edilən “Dell Poweredge C6420” serverləri təşkil edir. Bu çiplərə eyni anda 56 təlimat axınını emal etmək imkanına malik 28 hesablama nüvəsi daxildir. Nominal takt tezliyi 2,2 hers, maksimal 4 hers təşkil edir. Kompleksin tərkibində “Mellanox Infiniband HDR100” interkonnektindən istifadə olunub. Saxlancın tutumu 8 patebayta çatır.

 

“Toubkal” superkompüterinin məhsuldarlığı 3,15 petaflops, pik məhsuldarlığı isə 5 petaflops səviyyəsindədir. Superkompüter sonuncu TOP500 reytinqində 98-ci yeri tutub, MDB-də ən məhsuldar superkompüterlərin aktual “TOP50” reytinqində isə üçüncü yerlə kifayətlənib.

 

“Toubkal” sistemi yeni Afrika superkompüter mərkəzində (ASCC) quraşdırılıb. Kompleksin yaradılması təşəbbüsü Böyük Britaniyanın Kembric Universiteti tərəfindən dəstəklənib. Superkompüterdən süni intellekt, “Əşyalar interneti”, məlumat analitikası, genom tədqiqatları və s. ilə əlaqədar vəzifələrin həlli üçün istifadə nəzərdə tutulur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL