“Super Talent Storage POD Mini”: “USB 3.0” interfeysli xarici SSD-disk 909 (VİDEO)
“Super Talent” şirkəti fləş-yaddaş əsasında sürətli “Storage POD Mini” portativ daşıyıcısını təqdim edib.
Xarici sərt disk kompyuterə qoşulma üçün “USB 3.0” interfeysindən istifadə edir; verilənlərin ötürülmə sürəti 260 Mb/s-yə çatır. Qurğu, həmçinin USB şini ilə “qidalanır”.
“Storage POD Mini” daşıyıcısı anodlaşdırılmış alüminium korpusda hazırlanıb; onun ölçüləri 110×68×10 mm təşkil edir. İstehsalçılar daşıyıcıda xüsusi çevirici yaradıblar, onun vasitəsi ilə informasiyanı təsadüfi silinmədən qorumaq olar.Disk 60, 120 və 240 QB tutumlu modifikasiyalarda təklif ediləcək. Onun qiyməti haqqında məlumat hələ ki yoxdur.