waplog

2020-ci ilin ən çox satılan smartfonları məlum olub


“Omdia” analitik şirkəti mobil bazarda araşdırma apararaq ötən ilin ən populyar smartfonlarını müəyyənləşdirib. “Apple” şirkətinin istehsalı olan smartfonlar növbəti dəfə reytinqdə ön pillələri tutublar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, analitik şirkət tərəfindən tərtib edilmiş hesabatda satılmış smartfonların sayı, həmçinin cihazların orta qiyməti açıqlanıb. “iPhone 11” smartfonu ən populyar cihaz olub: ABŞ şirkəti 64,8 milyon qurğu satmağa nail olub. Sözügedən smartfonun orta qiyməti 754 dollar təşkil edib.

 

Orta satış qiyməti 451 dollar, satış sayı 24,2 milyon olan ucuz “iPhone SE” (2020) ikinci yeri tutub. “iPhone 12” ilin ən çox satılmış smartfonlar reytinqində üçüncü yerdə qərarlaşıb.

 

Orta satış qiyməti 269 dollar, satış sayı 23,2 milyona bərabər olan “Samsung Galaxy A51” smartfonu 4-cü olub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL