waplog

“5G” texnologiyası üçün məlumatların ötürülməsi üzrə yeni prinsip işlənib hazırlanıb


Amerikalı fiziklər dalğa tezliyinin əvəzinə, işığın orbital bucaq momentindən istifadə edən optik antena hazırlayıblar. Alimlərin fikrincə, belə bir antena ənənəvi elektromaqnit qurğuları ilə müqayisədə daha böyük həcmdə məlumat ötürə, “5G” və “6G” texnologiyalarının əsas elementinə çevrilə bilər. “Nature Physics” jurnalında yeni hazırlama haqqında ətraflı məlumat dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, elektromaqnit dalğalarının köməyi ilə siqnalların ötürülməsi üzrə müasir metodlar öz maksimum həddinə çatıblar. Radio dalğalarından fərqli olaraq işıq dalğalarının polyarlaşması nəticəsində onu üfüqi və şaquli olmaqla iki hissəyə ayırmaq olar. Bu, ötürülən informasiyanın həcmini iki dəfə artırmağa imkan verir. İşığın orbital bucaq momentindən (OAM – orbital angular momentum) istifadə isə daha böyük imkanlar vəd edir.

 

Berkli Kaliforniya Universitetinin alimləri multipleksləmə üsulunu – ötürülən məlumatlar həcminin xeyli artırılmasını tapıblar. Yeni texnologiya gələcəyin rabitə şəbəkələrinin keyfiyyətini xeyli yaxşılaşdıracaq və “6G” texnologiyasının istifadəyə verilməsini tezləşdirəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL