waplog

Qabaqcıl “HUAWEI P40” smartfonunun sadə versiyası təqdim edilib


“HUAWEI” şirkəti “P40” smartfonunun yeni modifikasiyasını təqdim edib. Yeni versiyada “5G” modem yoxdur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Kirin 990 4G” mobil platforması əsasında işləyən smartfon Full HD təsvir ölçülü və 60 hers yeniləmə tezlikli 6,1 düymlük OLED displeylə təchiz edilib. Aparatın korpusu IP53 standartına uyğun olaraq toz və su damcılarına dayanıqlıdır. Yeni cihaz 8/128 QB yaddaş konfiqurasiyasına malikdir.

 

Cihazın arxa tərəfində işıq gücü f/1.9 olan 50 meqapiksellik (mp) əsas sensor, həmçinin iki köməkçi sensordan (16 8 mp) ibarət əsas kamera modulu quraşdırılıb. Çəkiliş vaxtı maksimum hibrid böyütmə 30x təşkil edir. 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 3800 milliamper/saat tutumunda akkumulyator smartfonun avtonom işləməsini təmin edir.

 

“HUAWEI P40 4G” versiyasının qiyməti 525 dollar təşkil edir ki, bu da “5G” versiyadan 77 dollar ucuzdur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL