waplog

“MediaTek” şirkəti “ağıllı” televizorlar üçün prosessor təqdim edib


"MediaTek" şirkəti "4K" formatlı (3840 × 2160 piksel) "ağıllı" televizorlarda istifadə üçün nəzərdə tutulan "MT9638" prosessorunu nümayiş etdirib. Yeni platforma əsasında ilk "ağıllı" televizorlar növbəti rübdə kommersiya bazarına çıxarılacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews " resursuna istinadən yazır ki, çipə maksimal 1,5 giqahers takt tezlikli dörd "ARM Cortex-A55" hesablama nüvəsi daxildir. Qrafikanın emalına quraşdırılmış "ARM Mali-G52 MC1" sürətləndiricisi cavabdehlik daşıyır.

 

Çip 3 giqabaytlıq "DDR3" operativ yaddaşından istifadə imkanını təmin edir. Həmçinin "HDR10 ", "Dolby Vision HDR", "Dolby Atmos" və "DTS Virtual X" texnologiyaları dəstəklənir.

 

Prosessor 1 giqabitlik dərəcəli "Wi-Fi 6" simsiz rabitəsini tətbiq etməyə imkan verir. Bundan başqa, "HDMI 2.0/1.4" (HDCP 2.2), "HDMI 2.1a", "USB 2.0" və "USB 3.0" interfeysləri sadalanır.

 

"MediaTek MT9638" platforması süni intellekt əsasında alqoritmlərdən istifadəni nəzərdə tutur. Bu, görüntünün keyfiyyətini yüksəltmək və səsli idarəetməni yaxşılaşdırmaq üçün nəzərdə tutulan "AI Super Resolution", "AI Picture Quality" və "AI Voice Assistants" texnologiyalarıdır.

 

Bundan əlavə, dinamik səhnələrin göstərilməsi zamanı bulanıqlığı kompensasiya edən və görüntünün rəvanlığını artıran "MEMC" (Motion Estimation and Motion Compensation) texnologiyası mövcuddur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL