waplog

“Nokia” “Windows Phone 7” əsasında öz ilk smartfonunu təqdim edib


“Nokia” korporasiyasının ilk “WP7” smartfonunu görmək üçün 26 oktyabrı gözləməyə ehtiyac qalmadı. Bu gün şəbəkədə “Windows Phone 7” əməliyyat sistemi ilə işləyən qurğunun şəkil və videosu yerləşdirilib.
“Sea Ray” kod adı ilə olan qurğunun texniki xarakteristikaları haqqında məlumat yoxdur. Ehtimal edilir ki, yaxın günlərdə onun haqqında qeyri-rəsmi informasiya dərc edəcəklər.“Nokia”nın icraçı direktoru şirkətin əməkdaşları ilə görüş vaxtı “WP7” smartfonunu göstərib. Qurğunu göstərməzdən əvvəl, o, iştirak edənlərdən kameraları yığışdırmağı xahiş edib və tədbiri çox məxfi adlandırıb.






Görünür ki, hamı Stiven Elopun çağırışını dinləməyib. Buna görə də şəbəkədə bu kiçik çarx çıxıb. “Nokia” rəhbərinin sözlərinə görə, smartfonun ekranı möhkəm “Gorilla Glass” şüşəsi ilə qorunub. Arxa tərəfdə ikiqat işıltı ilə kamera görünür.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL