waplog

Bu il satılan smartfonların 70 faizi süni intellekt funksiyaları ilə təchiz ediləcək


"Strategy Analytics" şirkəti süni intellekt elementlərinin müasir smartfonlara nüfuzunun dərinliyini açan hesabat dərc edib. Şirkətin məlumatına görə, cari ildə satılan smartfonların 70 faizindən çoxu bu və ya digər quraşdırılmış süni intellekt funksiyaları ilə təchiz ediləcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, şirkət mütəxəssisləri tərəfindən smartfonlarda süni intellekt elementləri maşın təlimi imkanına malik xüsusiləşmiş aparat həlləri və ya proqram vasitələri aid edilir. Bu, həm "Apple Neural Engine" kimi süni intellekt prosessorları və ya sürətləndiriciləri, həm də "Qualcomm Neural Processing Engine" (NPE) kimi paylanmış proqram mühiti ola bilər.

 

Smartfonlarda süni intellekt platformalarının daha parlaq nümayəndələri kimi mütəxəssislər tərəfindən səsli köməkçilər göstərilir. Belə ki, bu sahədə 2021-ci ildə smartfonların 60 faizinə quraşdırılacaq "Google Assistant" həlli liderdir. Populyarlığa görə ikinci pillədə "Apple" şirkətinin "Siri" virtual köməkçisi qərarlaşıb. Ümumilikdə səsli köməkçilər 2021-ci ildə satılan smartfonların 80 faizinə quraşdırılacaq, 2025-ci ildə isə onlar mobil qurğuların 97 faizinə yerləşdiriləcək.

 

Smartfonlarda digər populyar süni intellekt sistemi analitiklər tərəfindən kamera idarəetmə sistemləri hesab edilir. Mütəxəssislərin fikrincə, smartfon kameralarının 30 faizindən çoxu artıq süni intellekt imkanları ilə təchiz olunub. Buna misal kimi kadrda obyektləri müstəqil seçmək, kadrda hərəkətlə reaksiya vermək və ya kadrda obyektləri tanımaq kimi imkanlar qeyd edilir.

 

Bundan başqa, süni intellekt qidanı idarə etmək, enerjiyə qənaətcil rejimləri işə salmaq, qurğu və mobil proqramların məhsuldarlığını idarə etmək və smartfonla ünsiyyəti daha rahat və daha sadə edən digər vəzifələri həll etmək kimi imkanlara yiyələnir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL