waplog

2021-ci ildə hər ikinci yeni smartfon “5G” texnologiyası ilə təchiz ediləcək


"IDC" analitik şirkətinin məlumatına görə, 2021-ci ildə dünyada daha çox smartfon satılacaq və beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən modellər bazarın inkişafına səbəb olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "5G" texnologiyasına malik telefonlar qlobal smartfonlar bazarının inkişafında əsas rol oynayacaq. Analitiklərin qiymətləndirməsinə görə, cari ildə ümumi smartfon bazarının 40%-i "5G" qurğuların payına düşəcək. 2025-ci ilədək belə qurğuların bazar payı 69%-dək artacaq.

 

2021-ci ildə dünyanın ən böyük smartfon bazarlarında (Çin və ABŞ) müvafiq olaraq 5 və 3,5% artım qeydə alınacaq. Dünyada smartfonların 33%-i internet üzərindən satılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL