waplog

“PlayStation 5 Slim” konsolunun buraxılış tarixi açıqlanıb


"PlayStation 5" oyun qurğusunun yeni versiyası 2023-cü ildə buraxılacaq. Bu barədə Çinin "MyDrivers" nəşrinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta." resursuna istinadən yazır ki, şirkətin planlarından məlumatlı olan blogerin sözlərinə görə, "Sony" gələcəkdə yeni nəsil konsolun sadələşdirilmiş versiyasını buraxmaq niyyətindədir. "PlayStation 5 Slim" adlanacaq qurğu orijinalla müqayisədə daha kiçik qabaritləri, azaldılmış məhsuldarlığı və ucuzluğu ilə fərqlənəcək.

 

Məlumata görə, "PS5 Slim" konsolunun istehsalına 2023-cü ildə başlanılacaq. O vaxtadək korporasiya oyun qurğusu üçün 5 nanometrlik texnoloji proses əsasında hazırlanan və "TSMC" şirkəti tərəfindən tədarük ediləcək çip yaratmağı planlaşdırır. Şayiələrə görə, "Sony" və Tayvanın yarımkeçirici məhsullar istehsalçısı arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bununla yanaşı, konsolun buraxılış müddəti dəyişə bilər.

 

Mənbələr qeyd edib ki, yeni qurğunun əsas xüsusiyyətlərindən biri kiçildilmiş qabaritlər olacaq. Bu, əksər "PlayStation 5" sahiblərinin qurğunun qabaritlərinin böyük olması, bu səbəbdən onu mənzildə yerləşdirərkən problemlərin yaranmasından şikayətlənməsi ilə izah olunur.

 

"Sony" şirkəti əvvəllər də qabaqcıl oyun qurğularının müxtəlif versiyalarını buraxıb. Məsələn, 2016-cı ildə – "PS4" buraxıldıqdan 3 il sonra şirkət "PlayStation 4 Slim" və "4 Pro" qurğularını təqdim edib. 2009-cu ildə isə korporasiya "PS3" konsolunun buraxılışından üç il sonra "PlayStation 3 Slim" qurğusunu nümayiş etdirib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL