waplog

İnternetin yaradıcısı onu insanın ayrılmaz hüquqları ilə eyniləşdirməyə səsləyib


İnternetin yaradıcılarından biri və “W3C”-nin (Ümumdünya Şəbəkə Konsorsiumu) rəhbəri britaniyalı alim Tim Berners-Li hökumətləri internetə maneəsiz çıxışı vətəndaşların ayrılmaz hüquqları ilə eyniləşdirməyə səsləyib. Bu barədə alim və onun xanımı, “Web Foundation” qeyri-kommersiya təşkilatının həmtəsisçisi Rozmari Leyt internetin 32-ci ildönümünə həsr edilmiş yazıda qeyd ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, alim təklif edib ki, 2030-cu ilədək rəqəmsal bərabərsizliyin miqyasını azaltmağa və İT şirkətlərinin məsuliyyətini yüksəltməyə imkan verəcək qlobal genişzolaqlı internetə çıxışı təmin etmək lazımdır. "Hökumətlər texnologiyalar sahəsini tənzimləyən effektiv qanunlar qəbul etməlidirlər” – o deyib.

 

Tim Berners Linin sözlərinə görə, həddən çox gənc insan internetə çıxış imkanından məhrumdur ki, bu da öz növbəsində bəşəriyyətin gələcək rifahına xidmət edə biləcək yeni ideya və innovasiyaların itirilməsi deməkdir. UNICEF-in məlumatına istinad etmiş alim və xanımı yazıb ki, 2,2 milyard gənc insan pandemiya dövründə distant təhsil üçün tələb olunan sabit internet bağlantısından məhrumdur.

 

Qiymətləndirmələrə görə, "yaxın 10 il ərzində hər bir kəsi keyfiyyətli genişzolaqlı bağlantı ilə təmin etmək üçün 428 milyard dollar məbləğində əlavə investisiya lazımdır. Bu təşəbbüs reallaşdırıldığı halda təxminən 8,7 trilyon dollar birbaşa iqtisadi fayda gətirəcək" – yazıda deyilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL