waplog

“WhatsApp” istifadəçilərinə funksionallığın məhdudlaşdırılması haqqında xəbərdarlıq edilib


“WhatsApp” messencerində istifadə şərtləri və məxfilik siyasətinin yenilənməsinə başlanılıb. Martın 15-də messencerin istifadəçiləri yeni şərtlərin qəbul edilməsini tələb edən bildiriş alıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, bildirişə əsasən, istifadəçi yenilənmiş şərtlərdən imtina etdiyi halda əvvəlki kimi mesaj və zənglər ala biləcək, ancaq onları oxuya və zənglərə cavab verə bilməyəcək.

 

Messencerin tam funksionallığından istifadə etmək üçün yenilənmiş şərtləri və məxfilik siyasətini qəbul etmək lazımdır.

 

Fevralın sonunda “WhatsApp”ın yeni şərtlərini qəbul etməyən müştərilərin funksionallığının məhdudlaşdırılacağı məlum olub. Məlumata görə, uzun müddət ərzində yeni şərtləri qəbul etməmiş qeyri-aktiv hesablar silinəcək. Dəyişikliklər 15 maydan qüvvəyə minəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL