waplog

Çin kvant texnologiyaları sahəsində liderdir


Son vaxtlar müxtəlif ölkələrin hökumətləri ortamüddətli və uzunmüddətli perspektivdə iqtisadi rəqabət qabiliyyətinə təsir göstərən kvant texnologiyalarına böyük diqqət yetirirlər. ABŞ müxtəlif texnologiyalar sahəsində dünya lideri olsa da, kvant tədqiqatları sahəsində lider mövqeyi Çin tutur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, martın əvvəlində Çin hakimiyyəti 2021-ci ildən etibarən beşillik plan çərçivəsində tədqiqat və işləmələrə investisiyaların orta hesabla 7 faiz artırılmasını bəyan edib. Hakimiyyət nümayəndələrinin fikrincə, süni intellekt, yarımkeçiricilər, eləcə də kvant texnologiyaları əhəmiyyətli sahələrdir.

 

"Nikkei Asia" nəşrinin məlumatına görə, "Valuenex" şirkətinin mütəxəssisləri kvant texnologiyası ilə əlaqədar patentlərin analizini aparıblar. Sahə üzrə liderliyi kvant kompüterlərin proqram təminatı üçün 140 patentə malik "IBM" şirkəti edir. İkinci yeri Kanadanın "D-Wave Systems" şirkəti, üçüncünü "Microsoft" korporasiyası, dördüncünü "Google", beşincini "Intel" tutub. ABŞ proqram texnologiyaları baxımından da digər ölkələri üstələyir.

 

Kvant rabitəsi və kriptoqrafiya üçün proqram təminatı sahəsində bütün lider mövqelərdə Çinin şirkət və təşkilatları yer alıb: birinci pillədə "State Grid Corporation of China", ikincidə "Hengtong Group", üçüncüdə Şandun Kvant Elmi və Texnologiyası İnstitutu, dördüncüdə "ZTE", beşincidə "Anhui Qasky Quantum Technology" qərarlaşıb.

 

Lakin aparat təminatı kateqoriyasında daha çox patentə Yaponiyanın "Toshiba" şirkəti sahibdir. Çinin texnoloji nəhəngi "Huawei" 100 patentlə ikinci yeri, üçüncünü "NEC" şirkəti, dördüncünü Pekin Poçt və Telekommunikasiya Universiteti tutub.

 

Çin kvant texnologiyaları üzrə ümumilikdə 3 mindən çox patentə malikdir ki, bu da ABŞ-dan iki dəfə çoxdur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL