waplog

“Twitter” istifadəçiləri kədərlidirlər


Vermont Universitetinin alimləri “Twitter” şəbəkəsinin 63 milyon istifadəçisi tərəfindən dərc edilmiş 46 milyard sözü təhlil ediblər. Araşdırmanın məqsədi sözlərin mənası əsasında insanların əhval-ruhiyyəsini müəyyənləşdirmək olub.

Bunun üçün alimlər 10 min ən tez-tez istifadə edilən ingilis sözlərini seçərək onları 9 ballıq şkala üzrə  bölüşdürüblər.

Ən yüksək qiymətə, məsələn "gülüş" və "xoşbəxtlik", ən aşağı qiymətə isə "terrorçu", "intihar" və s. kimi sözlər aid olub. Sonra isə xüsusi yaradılmış proqram tvitlərdə rast gəlinən bu və ya digər sözlərin sayını hesablayıb.

Aydın olub ki, hal-hazırda “Twitter” istifadəçiləri daha kədərlidirlər. Alimlərin sözlərinə əsasən, xeyli miqdarda neqativ mesajların dərc edilməsinin əsas səbəbi  müxtəlif qlobal fəlakətlər olub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL