waplog

“5G” şəbəkələrində məlumatları ən sürətli ötürən smartfonlar məlum olub


Beşinci nəsil mobil şəbəkələrində məlumatları ən sürətli ötürən smartfonlar məlum olub. “iPhone 12” qurğusu ilk 25-liyə daxil edilməyib. “Opensignal” analitik şirkətinin mütəxəssisləri belə qənaətə gəliblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, ABŞ ərazisində “5G” smartfonların işi təhlil edilib. 56 Mbit/san nəticə göstərmiş “Galaxy S21 5G” cihazı məlumatların yüklənməsi sürətinə görə reytinqdə liderliyə yüksəlib. İkinci yeri “TCL Revvl 5G”, üçüncü yeri isə “OnePlus 8T ” cihazları tutublar.

 

“Apple”ın smartfonları arasında ən yaxşı nəticəni (36,9 Mbit/san) “iPhone 12 Pro” qurğusu nümayiş etdirib. Lakin bu, beşinci nəsil mobil şəbəkələrində işləyən 25 ən sürətli smartfondan ibarət reytinqə düşmək üçün kifayət etməyib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL