waplog

“Samsung” smartfonlarının defisiti proqnozlaşdırılır


“Samsung” şirkəti 2021-ci ildə smartfon istehsalını azalda bilər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yarımkeçiricilər bazarının liderlərindən olan ABŞ-ın “Qualcomm” şirkəti Cənubi Koreyanın “Samsung” istehsalçısına lazımi sayda prosessor tədarük edə bilmir. Bu barədə agentliyə ABŞ şirkətindəki adını açıqlamaq istəməyən mənbə bildirib. “Qualcomm” çiplərinə tələbat son ayda kəskin artıb. Şirkət prosessorların istehsalı üçün komponent hissələrin çatışmazlığı səbəbindən tərəfdaşları lazımi sayda prosessorla təmin edə bilmir.

 

Məsələn, qeyd olunur ki, qabaqcıl “Snapdragon 888” prosessorunun defisiti hiss olunur. Bundan başqa, çip çatışmazlığına görə “Samsung” şirkətinin aşağı və orta qiymət seqmentli smartfonların istehsalında problemləri yaranacaq. Jurnalistlərin əlaqə yaratdığı “Samsung” nümayəndəsi məsələyə münasibət bildirməkdən imtina edib. Öz növbəsində “Qualcomm” nümayəndələri qeyd edib ki, şirkət tədarüklə bağlı problemləri gələcəkdə həll etmək niyyətindədir.

 

“Qualcomm” şirkətinin baş direktoru Kriştianu Amon səhmdarların ötən çərşənbə günü keçirilən illik yığıncağında bildirib ki, tələbat təklifi üstələməkdə davam edir. “Reuters” tərəfindən rəyi soruşulan analitiklərin sözlərinə görə, mikroprosessor çatışmazlığı ən ucuz çiplərin qiymətini bahalaşdırır. Məsələn, “STMicroelectronics” şirkətinin əvvəlcə 2 dollar qiymətləndirilən mikrokontroller çipinin bir ədədi hazırda 14 dollara satılır.

 

Bununla belə ekspertlər qeyd edib ki, bazarda defisitə görə ən çox ziyan çəkən “Samsung” kimi transmilli şirkətlər deyil, orta və kiçik biznesdir. Məsələn, “Qualcomm” ilk növbədə ən böyük tərəfdaşları təmin etməkdə maraqlıdır. Şirkətin prioritet məhsulu ən bahalı “Android” smartfonlarında tətbiq edilən qabaqcıl “Snapdragon 888” prosessorudur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL