waplog

“Apple” apreldə yeni “iPad” modellərini təqdim etməyi planlaşdırır


ABŞ-ın "Apple" şirkəti apreldə yeni "iPad" modellərini təqdim etməyi planlaşdırır. Bu barədə vəziyyətlə tanış mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, mənbələrin məlumatına əsasən, "Apple" korporasiyası təkmilləşdirilmiş prosessor və kameralar əlavə etməklə "iPad Pro" istehsal xəttini yeniləməyə hazırlaşır. Agentlik yazır ki, yeni modellər indiki "iPad Pro" qurğularına oxşar olacaq və displeyin ölçüləri olduğu kimi (11 x 12,9 düym) saxlanılacaq.

 

1976-cı ildə təsis edilmiş "Apple" korporasiyası fərdi və planşet kompüterlərin, audiopleyerlərin, telefonların, "ağıllı" saatların istehsalı və proqram təminatının hazırlanması ilə məşğul olur. Şirkət ötən ilin oktyabrında 4 yeni smartfon modelini təqdim edib: "iPhone 12" və "iPhone 12 mini", həmçinin "iPhone 12 Pro" və "iPhone 12 Pro Max".

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL