waplog

Bu il “Xiaomi” üçüncü ən böyük smartfon tədarükçüsü olacaq


"Strategy Analytics" şirkəti 2021-ci il üçün dünya smartfonlar bazarı üzrə proqnoz dərc edib. Proqnoza görə, aparıcı tədarükçülər reytinqində əhəmiyyətli dəyişikliklər baş verəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, analitiklərin fikrincə, bu il smartfonların tədarük həcmi 2020-ci illə müqayisədə 6,5 faiz artaraq 1,38 milyard ədədə çatacaq. Bu, bir neçə səbəblə izah olunur.

 

Birincisi, bir sıra regionlarda iqtisadi vəziyyətin yaxşılaşması müşahidə edilir. İkincisi, köhnəlmiş smartfonların bazası artır. Üçüncüsü, tələbat artımına beşinci nəsil mobil rabitə şəbəkələrinin inkişafı kömək edir.

 

Aparıcı istehsalçılar reytinqinin birinci pilləsində 20 faizlik payla "Samsung" şirkəti olaraq qalacaq. İkinci yeri 2020-ci ildə olduğu kimi, proqnozlara görə, nəticəsi 16 faiz təşkil edəcək "Apple" tutacaq.

 

Üçüncü pilləyə isə qlobal bazarda 13 faiz paya sahib çıxan Çinin "Xiaomi" şirkəti yüksələcək. Bu, "Huawei" şirkətinin ABŞ sanksiyaları səbəbindən mövqeyinin kəskin zəifləməsi fonunda baş verəcək.

 

"Vivo" və "OPPO" şirkətləri mövqeyini möhkəmlədərək dünya reytinqində müvafiq olaraq dördüncü və beşinci yeri tutmaqla 11 və 10 faiz paya sahib çıxacaqlar.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL