waplog

“5G” dəstəkli ucuz “Vivo iQOO U3x” smartfonu təqdim ediləcək


İnternet mənbələrində kommersiya bazarına “iQOO U3x” adı ilə çıxarılacaq yeni “Vivo” smartfonunun texniki xüsusiyyətləri barədə məlumat dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən ucuz qurğudan gedir. Məlumata görə, onun əsasını 2 giqahers takt tezlikli səkkiz nüvəni birləşdirən “Qualcomm Snapdragon 480” prosessoru, “Adreno 619” sürətləndiricisi və “Snapdragon X51 5G” modemi təşkil edir.

 

Bildirilir ki, smartfon 13 və 2 milyon pikselli sensorlara malik qoşa kamera, 90 giqahers yeniləmə tezliyinə malik ekran və 5 min milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz ediləcək.

 

Qeyd edək ki, “Vivo” şirkətinin çeşidində hazırda “iQOO U3” qurğusu mövcuddur. Qurğu “5G” modemli “MediaTek Dimensity 800U” prosessoru, 90 giqahers yeniləmə tezlikli 6,58 düymlük “Full HD ” ekran və 5 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Lakin qoşa kameraya 48 və 2 milyon pikselli sensorlar daxildir.

 

Beləliklə, “iQOO U3x” modelinin qiymətinin ucuzlaşdırılması məqsədilə onun bir sıra xüsusiyyətləri ixtisar ediləcək. Qiymətin 150 dollar səviyyəsində olacağı gözlənilir. “iQOO U3” smartfonunun qiyməti 230 dollar təşkil edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL