waplog

“YouTube” videohostinq xidməti ABŞ-da “TikTok”un analoqunu istifadəyə verib


Populyar "YouTube" videohostinq xidməti ABŞ-da "TikTok"un analoqunu istifadəyə verib. Artıq "Shorts" adlandırılmış yeni xidmətdə amerikalı istifadəçilər öz qısamüddətli videolarını dərc edə bilərlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, yeni xidmətdə smartfondan məzmunu rahat izləmək üçün istifadəçilərə videonu şaquli formatda hazırlamaq imkanı yaradılıb. Həmçinin "Shorts" xidmətində videoya xüsusi effektlər və musiqi tətbiq etmək mümkündür. "YouTube"un nümayəndələrinin sözlərinə görə, xidmətin beta-versiyası yaxın bir neçə həftə ərzində ABŞ-dakı istifadəçilər üçün əlçatan olacaq.

 

"Shorts" xidməti ilk öncə hələ ötən il Hindistanda təqdim edilib. Şirkətin məlumatına görə, hazırda "Shorts" xidmətinin gündəlik baxış göstəricisi 6,5 milyarda bərabərdir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL