waplog

Köhnə “PlayStation” qurğuları üçün oyunların satışı dayandırılacaq


Köhnəlmiş “Sony” konsolları üçün onlayn oyunlar mağazasının fəaliyyəti yayda dayandırılacaq. Bu barədə “TheGamer” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta.” resursuna istinadən yazır ki, məlumata görə, “Sony” şirkəti yayda bir sıra konsollar üçün oyunların satışını dayandıracaq. Oyunlarının satışı dayandırılacaq qurğular sırasına “PlayStation 3”, “PlayStation Portable” (PSP) və “PlayStation Vita” aiddir. “PS3” və “PSP” üçün oyunları iyulun 2-dən, “Vita” üçün avqustun 27-dən etibarən əldə etmək mümkün olmayacaq. Şirkət tərəfindən bununla bağlı qərarın martın sonunadək açıqlanacağı gözlənilir.

 

Blogerlərin sözlərinə görə, şirkət qeyd olunan konsollar üçün oyunlar və digər proqram təminatı buraxmaq niyyətində deyil. Jurnalistlər oyun həvəskarlarına mağaza bağlananadək lazımi oyunları almağı və ya yükləməyi tövsiyə ediblər – yaydan sonra onlardan yalnız qurğuların yaddaşından istifadə etmək mümkün olacaq. Bundan başqa, konsol istifadəçiləri fiziki daşıyıcılarda oyunlar almaq imkanına malik olacaqlar. Müəlliflərin sözlərinə görə, mağazaların fəaliyyəti dayandırıldıqdan sonra fiziki daşıyıcılardakı oyunların qiyməti bahalaşacaq.

 

Qabaqcıl “PlayStation 3” konsolu 2006-cı ildə buraxılıb. Qurğunun dəstəklənməsi 2015-ci ilin sentyabrında, istehsalı 2017-ci il mayın 29-da dayandırılıb. Şirkətin aktual “PS5” qurğusu 2020-ci ilin sentyabrında satışa çıxarılıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL