Tərtərdə yeni poçt binası istifadəyə verildi
Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin səlahiyyətli nümayəndəsi Vahid Şərifov və başqaları çıxış edərək ölkəmizin sürətli iqtisadi inkişafından danışmış, bütün sahələrdə olduğu kimi, rabitədə də uğurlu nailiyyətlərin qazanıldığını diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, son illərdə rayonun kəndlərində 11 yeni poçt binası istifadəyə verilmişdir. Hazırda rayonda 22 poçt şöbəsi fəaliyyət göstərir. Yeni elektron avadanlıqla təchiz olunmuş poçt filialları xüsusi poçt xidmətlərini uğurla həyata keçirirlər.
Bank-maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı poçtamtda pulların saxlanılması məqsədi ilə bunker tikilmiş, bütün kənd şöbələrinin “COLVİR” sistemi ilə işləməsi üçün xətlər çəkilmiş, inventar və avadanlıqla təchiz edilmişdir.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar binaya baxmışlar. Müasir avadanlıqla və qabaqcıl texnologiya ilə təmin olunmuş poçt binasında əhaliyə bank-maliyyə və rabitə xidmətləri göstəriləcəkdir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL