waplog

ABŞ-da “HokieSpeed” superkompyuteri yaradılıb


Virciniya Politexnik Universitetində (Virginia Tech, ABŞ) hibrid arxitekturaya malik “HokieSpeed” superkompyuteri qurulub.

Hesablayıcı kompleks 209 qovşaqdan ibarətdir, onların hər biri 2,4 QHz takt tezliyi ilə işləyən 2 ədəd altınüvəli “İntel Xeon E5645” prosessoruna və 2 ədəd “nVidia Tesla M2050/C2050” kartına malikdirlər. Kompleksin pik sürəti tək dəqiqliklə olan hesablamalarda 455 teraflops (saniyədə trilyon əməliyyat ) və ikiqat dəqiqliklə olan hesablamalarda isə 240 teraflopsa çatır.

“Top500” (dünyanın ən güclü kompyuterləri) reytinqində “HokieSpeed” sistemi hal-hazırda 96-cı yeri tuta bilər.

“HokieSpeed” kompleksinin yaradılmasına təxminən 1,4 milyon dollar pul  sərf edilib. Superkompyuterdən müxtəlif mühəndislik və elmi hesablamaların yerinə yetirilməsi zamanı istifadə etmək planlaşdırılır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL