waplog

“Computex 2021” sərgisi rəqəmli formatda keçiriləcək


Tayvanın Xarici Ticarətin İnkişafı Şurası (TAITRA) “Computex 2021” sərgisinin adi fiziki formatda keçirilməyəcəyini açıqlayıb. Təşkilatçıların səylərinə baxmayaraq “COVID-19” pandemiyası tədbiri planlaşdırılan şəkildə keçirməyə imkan vermir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, ötən il “Computex” iyunun 2-6-da Tayvanda keçirilməli olsa da, koronavirusun yayılması səbəbindən sərgi əvvəlcə sentyabra təxirə salınıb, daha sonra tamamilə ləğv olunub. 2020-ci ilin dekabrında elan edilib ki, gələcək “Computex” adi qaydada keçiriləcək. Təşkilatçıların yeni bəyanatında isə qeyd olunur ki, pandemiya əksər iştirakçılara və KİV nümayəndələrinə tədbirin adi formatında iştirakına imkan vermədiyindən onun keçirilməsinin mənası yoxdur.

 

Bununla belə, təşkilatçılar “Computex 2021” sərgisindən tam imtina etmək fikrində deyillər. Belə ki, başlanması mayın 31-nə planlaşdırılan sərgi rəqəmli formatda keçiriləcək.

 

Virtual sərginin əsas mövzuları beşinci nəsil mobil rabitə vasitələri, süni intellekt və “Əşyalar interneti”, yüksək məhsuldarlığa malik hesablamalar, kibertəhlükəsizlik, oyunlar, innovativ texnologiyalar və hesablamalar olacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL