waplog

“Android” smartfonları “Google”un serverlərinə məlumat ötürür?


İrlandiyanın Triniti Kollecində çalışan tədqiqatçı Duqlas Leyin qənaətinə görə, “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlar “iPhone” qurğuları ilə müqayisədə “Google”un serverlərinə daha çox məlumat ötürür.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, hər bir “Android” smartfonu qoşulu vəziyyətdə “Google”un serverlərinə 1 MB məlumat göndərir, “iPhone”da bu göstərici yalnız 42 KB-dır.

 

Telefonun parametrlərinə baxılarkən belə smartfonlar tərəfindən məlumat göndərildiyi məlum olub. Öncədən quraşdırılmış proqramlar (məsələn, Chrome) daha çox məlumat göndərir.

 

“Google” korporasiyasının nümayəndələri tədqiqatda istifadə edilmiş metodu yanlış hesab edərək onun nəticələri ilə razılaşmayıblar. Korporasiya məlumatın toplanılmasını smartfonun səmərəli işləməsi ilə izah edib. “Apple” şirkətindən bildirilib ki, “iOS” əməliyyat sisteminə istifadəçilərin yerini izləməyə imkan verməyən təhlükəsizlik vasitələri quraşdırılıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL