waplog

2024-cü ilədək Fransa və Sinqapurda aerotaksi xidməti istifadəyə veriləcək


Almaniyanın “eVTOL” aparatlar istehsalçısı “Volocopter” yaxın bir neçə il üçün şəhər aerotaksi xidmətinin inkişafı ilə bağlı yol xəritəsini təqdim edib. Əsasən kiçik məsafələrə sərnişindaşımalarına üstünlük veriləcək, hərçənd “Volocopter” şirkəti “eVTOL” aparatlarının tətbiqi üzrə ikinci senarini (logistik təşkilatlar üçün yükdaşımaları) də dəstəkləyəcək. Almaniya şirkətinin proqnozuna görə, 2035-ci ilədək qlobal şəhər hava mobilliyi (UAM) bazarının həcmi 284 milyard dollar təşkil edəcək ki, bunun da təxminən 60%-i sərnişin, 40%-i isə yükdaşımalarının payına düşəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Volocopter”in baş direktoru Florian Reyterin sözlərinə görə, şirkətin “eVTOL” aparatları, demək olar ki, kütləvi istehsala hazırdır, amma tənzimləyici qurumlar və zəif inkişaf etmiş infrastruktur onların tam istifadəyə verilməsinə mane olur. Şirkət ən perspektivli şəhərlər arasında Nyu-York, Paris, London, Tokio, Şanxay, Pekin və başqa meqapolislərin adını qeyd edir. Əvvəlcə belə xidmətlərdən imkanlı müştərilər istifadə edəcək, amma gələcəkdə aerotaksi xidmətindən istifadə dəyəri azalacaq.

 

Uçuşların sertifikatlaşdırılması baxımından “Volocopter”in xidmətlərinin inkişaf sürəti regional tənzimləyici qurumlardan asılı olacaq. Bəzi ölkələr hələ də aerotaksi xidmətinə ehtiyatla yanaşır, digər ölkələr (məsələn, Sinqapur və Fransa) qərarları daha tez qəbul edirlər. Bu səbəbdən “Volocopter” şirkəti ilk olaraq Sinqapur və Parisdə işə başlamağı planlaşdırır, orada 2023 və ya 2024-cü ildən etibarən hər kəs üçün kiçik məsafələrə elektrik uçuş xidməti əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL