waplog

“5G” qurğuları hava ilə enerji dolduracaq


Corciya Texnologiya İnstitutunun mühəndislər qrupu beşinci nəsil mobil rabitə şəbəkəsi əsasında simsiz enerjidoldurma texnologiyası yaradıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, söhbət "5G" əhatə dairəsində olan zaman elektromaqnit enerjisini toplayan ilk düzləndirici antenadan gedir. Oyun kartı ölçüsündə olan qurğunu üçölçülü printerdə çap etmək mümkündür, onun generasiya enerjisi isə kiçik "Əşyalar interneti" (IoT) elektron cihazlarının enerji ilə təmin edilməsi üçün kifayət edir.

 

Hazırda "IoT" qurğularının işinin dəstəklənməsi üçün akkumulyatorlar tələb olunur ki, bu da onların miniatürlüyünü azaldır. Yeni texnologiya əsasən radiolokasiya müşahidə sistemlərində istifadə olunan "Rotman" linzasına əsaslanır. Hazırkı halda qurğu istiqamətdən asılı olmayan elastik enerji toplama sistemi yaratmağa imkan verib. Bununla yanaşı, tədqiqatçılar siqnalın toplanılması zonasına ziyan vurmadan qəbuledicinin çıxış gücünü 21 dəfə artırmağa nail olublar.

 

Mövcud prototip "5G" mənbəyindən 180 metr məsafədə 6 mikrovatt toplaya bilir. Bu, quraşdırılmış akkumulyatordan tam imtina edərək bir neçə sensorun daim enerji ilə təmin edilməsinin dəstəklənməsi üçün kifayətdir. Bundan başqa, antena əyilmədən sonra da işləmə qabiliyyətini qoruyur ki, bu da ondan daşınan qurğularda istifadə üçün perspektivlər açır.

 

Nizam Nuriyev

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL