waplog

Yeni “Chrome” aktiv internet istifadəçilərinin vacib problemini həll edəcək


“Google Chrome” brauzerində tab-vərəqələrin qruplaşdırılması funksiyası tezliklə daha rahat olacaq. Belə ki, onlarla, bir sıra hallarda isə yüzlərlə veb-səhifəni açıq saxlamağa üstünlük verən istifadəçilər brauzer təsadüfən bağlandıqda da məlumatları itirmədən sessiyanı saxlamaq imkanı əldə edəcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, hazırda “Chrome” brauzerində səhifələrə baxış tarixçəsi funksiyası tab-vərəqələr qrupunun adını saxlamır, eləcə də bağlanıldıqdan sonra yoxa çıxır, saytlar isə siyahıda qarma-qarışıq yerləşir. Lakin son “Chrome Canary” testində tarixçə elementləri bağlansa belə qrupda toplanmış halda qalır. Bununla yanaşı, proqram qrupların adını yadda saxlayır ki, bu da onları tez bərpa etməyə imkan verir.

 

Əvvəllər olduğu kimi qrupa daxil olan ayrı-ayrı tab-vərəqələri sonradan müstəqil istifadə üçün bağlamaq mümkündür. Bu tab-vərəqələr bərpa edilən zaman bütün qrup yenilənəcək. O da bağlansa, bərpa zamanı ayrı-ayrı tab-vərəqələr və qrup tab-vərəqlər panelində birləşəcək.

 

Yeni funksiyanın bir neçə həftə sonra istifadəyə veriləcəyi gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL