waplog

Bu mobil tətbiq 1 milyard dəfədən çox yüklənilib


Populyar "Google Translate" mobil proqramı "Google Play" mağazasından 1 milyard dəfədən çox yüklənilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Android" mobil əməliyyat sistemi üçün "Google Translate" tətbiqi 2010-cu ilin yanvarında təqdim edilib. 11 il 3 aydan sonra sözügedən mobil tətbiqin "Google Play" mağazasından yüklənmə sayı 1 milyardı ötüb. Bu müddət ərzində "Google Translate" tətbiqinin quraşdırılması yalnız istifadəçilərin istəyi ilə mümkün olub, çünki bu proqram heç vaxt "Google Mobile Services" standart paketinə daxil edilməyib.

 

Proqramın mövcud versiyası interfeysin dizaynı və xüsusiyyətlərinə görə ilkin versiyadan xeyli fərqlənir. İndi "Android" platforması üçün "Google Translate" mobil tətbiqi 109 dil ,həmçinin transkripsiya funksiyasını, xarici sözlərin tələffüzünü, kameranın köməyi ilə tərcümə və digər seçimləri dəstəkləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL