waplog

“Starlink” peyk internetinin sürəti 2 dəfə artıb


ABŞ milyarderi İlon Maska məxsus “SpaceX” şirkətinin “Starlink” peyk internetinin istifadəçiləri məlumat ötürmə sürətinin xeyli artdığını bildiriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumata görə, ABŞ sakinlərindən biri tərəfindən “iPad Mini” planşetinin peyk internetinə qoşulması zamanı 200 Mbit/saniyə sürət qeydə alınıb. Onun sözlərinə görə, qeydə alınan ən zəif nəticə 44 Mbit/saniyə təşkil edib.

 

Lakin 200 Mbit/saniyə göstəricisi “Starlink” interneti üçün son sürət həddi deyil. Belə ki, Sietl və Nyu-York istifadəçiləri testdə müvafiq olaraq 230 və 240 Mbit/saniyə sürətlə təmin ediliblər.

 

Qeyd edək ki, ötən ilin sentyabrında “SpaceX” şirkəti ABŞ Federal Rabitə Komissiyasına “Starlink” şəbəkəsində orta yükləmə sürətinin 43 Mbit/saniyə təşkil etməsi barədə məlumat verib. Bir ay sonra bu göstərici 80 Mbit/saniyəyədək artıb. İ.Maskın bir müddət əvvəl bildirdiyinə görə, 2021-ci ilin sonunadək sürət 300 Mbit/saniyəyə bərabər olacaq.

 

Perspektivdə “Starlink” peyk internetinin məlumatları 10 Qbit/saniyə sürətində ötürməyə imkan verəcəyi gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL