waplog

“Signal” messencerində kriptovalyuta ödənişləri sınaqdan keçirilməyə başlanılıb


İlin əvvəlində dünyada ən çox yüklənilən proqramların üçlüyünə daxil edilmiş təhlükəsiz "Signal" messencerinin tərtibatçıları kriptovalyuta ilə pul köçürülməsi funksiyasını sınaqdan keçirməyə başlayıblar. Hələ ki yalnız bir protokol (MOB tokenləri olan "MobileCoin" elektron pul cüzdanı) dəstəklənir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, 2017-ci ildə yaradılmış "MobileCoin" elektron pul cüzdanı "Signal"ın qurucusu və direktoru Moksi Marlinspaykın iştirakı ilə inkişaf edir. O "Wired" nəşrinə müsahibəsində bildirib ki, məhz əməliyyatların sürətinə görə "MOB"a üstünlük verilib. Bundan başqa, kriptovalyuta ödənişlərin edilməsi vaxtı messencerdə şifrlənmiş kommunikasiyalar kimi eyni məxfiliyi təmin edə bilir.

 

"WhatsApp" və ya "iMessage" messencerlərində əlçatan olan və adətən sadə istifadəçinin bank kartına bağlanmış ödəmə funksiyalarından fərqli olaraq "Signal" messencerində köçürmələr göndərən və qəbul edəndən başqa heç kimə əlçatan deyil.

 

"Signal Payments" ödəniş funksiyası hələ ki yalnız Böyük Britaniyada və yalnız "Android" və "iOS" üçün mobil tətbiqetmələr üçün əlçatandır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL