waplog

“iPhone” kənar istehsalçıların cihazlarını izləməyə kömək edəcək


"Apple" şirkətinin qurğuların axtarışı üçün nəzərdə tutulmuş "Find My" proqramının köməyi ilə indi digər brendlərin qurğularını izləmək olar. Şirkət kənar istehsalçılara öz məhsullarını izləmək üçün onun ekosistemindən istifadəyə icazə verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, cihazlar "Made for iPhone" (MFi) proqramı vasitəsilə sertifikasiyadan keçirildikdən sonra belə məhsullar "Apple Find My ilə işləyir" kimi nişanlanır.

 

"Find My" proqramının köməyi ilə izlənilməsi mümkün olan ilk məhsullar "VanMoof S3" və "X3" elektrik velosipedləri, "Belkin SoundForm Freedom True" simsiz qulaqlıqları olub. Gələcəkdə digər brendlər də öz qurğularını "Apple"ın ekosisteminə inteqrasiya edə biləcəklər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL