waplog

“Google” öz prosessorunu istehsal edəcək


“Google”un növbəti qabaqcıl smartfonları şirkətin öz prosessoru ilə təchiz ediləcək. Bu haqda “9to5Google” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, internet nəhənginin daxili sənədlərinə əsasən, şirkət “Samsung”un mühəndisləri ilə birgə prosessor üzərində işləyir. “Whitechapel” adlandırılacaq prosessor ilin sonunadək təqdim olunacaq. Ehtimal ki, yenilik payızda nümayiş etdiriləcək “Pixel 6” smartfonunda tətbiq ediləcək. “Google” şirkətinin “Pixel” seriyasının aktual smartfonları hazırda “Qualcomm”un prosessoru ilə təchiz ediliblər.

 

Jurnalistlər belə hesab edirlər ki, ABŞ şirkəti öz prosessorunu hazırlamaqla tədarükçülərdən asılılığını azaltmaq və öz qurğularının məhsuldarlığını artırmaq niyyətindədir. İlk növbədə sözügedən prosessor smartfonlara, bundan sonra isə “Chromebook” noutbuklarına quraşdırılacaq.

 

Jurnalistlər bununla bağlı “Google” şirkətinə müraciət ediblər, ancaq şirkət məlumat verməkdən imtina edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL