waplog

“Apple” komponent çatışmazlığına görə yeni “iPad” və “MacBook” cihazlarının çıxarılmasını təxirə salır


“Apple” şirkəti komponent çatışmazlığı ilə üzləşib və bu, yeni qurğuların istehsalı planına təsir edib. Bu haqda analitik hesabata istinadən “Nikkei Asia” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, elektron komponentlərin çatışmazlığı 2021-ci ildə “MacBook” noutbukları və “iPad” planşetlərinin istehsalına təsir edib. Birincidə sistem lövhələri, ikincidə isə ekran çatışmazlığı müşahidə olunur.

 

Mənbələrin məlumatına görə, tədarük zəncirində yaşanan problemlər “Apple” şirkətini məhsullar üçün komponent sifarişlərinin bir hissəsini bu ilin birinci yarısından ikinci yarısına keçirməyə məcbur edib. Bəlkə də bu amil cihazların təqdimat tarixinə təsir edəcək.

 

Elektron komponentlərin tədarükü ilə bağlı çətinliklər hələ ki indiki nəsil “iPhone” istehsalına təsir etməyib. Ancaq insayderlər bunun mümkün ola biləcəyini də hesab edirlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL