waplog

Bakıda 100-ə yaxın abunəçiyə pulsuz telefon çəkilib


Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20 illik yubileyi və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illik yubileyi ilə əlaqədar Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin elan etdiyi kampaniya uğurla başa çatıb.

Bu barədə bizə məlumat verən birliyin Maliyyə və əmək şöbəsinin rəisi Söhrab Yarəhmədovun bildirdiyinə görə, oktyabr ayının əvvəlində start götürən kampaniya bu günlərdə başa çatıb.

Onun sözlərinə görə, BTRİB üzrə kampaniya müddətində 6897 ədəd telefon çəkilib ki, bunun da 3561 ədədi kampaniyanın şərtlərinə uyğun gəlib. Belə ki, 3561 telefonun 3468-i 50 faiz güzəştlə, 93-ü isə pulsuz çəkilib.

Xatırladaq ki, birlik kabelləşdirilən köhnə və yeni binalarda (hava rabitə xətləri olan və yeni kabelləşdirilən binalar, ərazilər istisna olmaqla) əhali və təşkilatlara 1-ci və 2-ci telefonu 50% güzəştli tariflə, 2 telefon çəkənlərə isə 3-cü telefonun pulsuz çəkilişi kampaniyasını keçirir.

Qeyd edək ki, kampaniya dekabr ayının 10-dək davam edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL