waplog

“Intel Tiger Lake” prosessorlu “HP” noutbuku buraxılıb


"HP" şirkəti "Chrome OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən yenilənmiş "Chromebook x360 14c" portativ kompüterini təqdim edib. Qurğunun əsasını "Tiger Lake" kod adlı "Intel" aparat platforması təşkil edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, alıcılara müxtəlif prosessorlu versiyalar təklif olunacaq. Məsələn, 4,1 giqahers takt tezlikli iki nüvəyə (dörd təlimat axını) malik "Core i3-1115G4" prosessoru. Onun tərkibinə "Intel" şirkətinin "UHD" qrafikası daxildir.

 

Məlumata görə, 14 düym diaqonallı "Full HD" (1920 × 1080 piksel) formatlı ekran 360 dərəcə dönərək istifadə elastikliyi təqdim edir. Ekranla barmaq və xüsusi qələmlə işləmək olar.

 

Noutbuk "DDR4-3200" operativ yaddaşı, "PCIe NVMe" bərkcisimli toplayıcısı, stereofonik dinamkli "Bang & Olufsen" audiosistemi, 720р formatlı veb-kamera, işıqlanan klavitura ilə təchiz edilib. Simsiz qoşulma "Wi-Fi 6" və "Bluetooth 5" kontrollerləri vasitəsilə həyata keçirilir.

 

Portativ kompüter iki "USB Type-C" (10 Qbit/saniyə) portu, "USB Type-A" (5 Qbit/saniyə) portu, standart audioçıxış və "microSD" slotu ilə təchiz olunub. Enerji 58 vatt-saat tutumlu akkumulyator batareyası tərəfindən təmin edilir.

 

Yeni "Chromebook x360 14c" modelinin başlanğıc satış qiyməti 499 dollar təşkil edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL