waplog

“HarmonyOS” sistemli ilk “Huawei” planşeti təqdim ediləcək


Çinin “Huawei” şirkəti “MatePad Pro” planşetinin ikinci nəslini buraxılışa hazırlayır. Qurğu şirkətin öz istehsalı olan “HarmonyOS” əməliyyat sistemi ilə təchiz ediləcək. Bu barədə “Gizmochina” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, “Wanger” kod adlı planşet Çinin “TENAA” Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin məlumat bazasında yer alıb. Sertifikasiya məlumatlarına görə, “MatePad Pro 2” beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəkləyəcək. Bundna başqa, planşet “Huawei” tərəfindən “Android” əməliyyat sisteminin əvəzləyicisi olaraq hazırlanmış “HarmonyOS” əməliyyat sisteminin avtomatik olaraq quraşdırıldığı ilk qurğu olacaq.

 

Yeni nəsil qurğuda “IPS” ekran “AMOLED” matrisası ilə əvəzlənə bilər. Ekranın diaqonal ölçüsü 12,6 düym təşkil edəcək. “HiSilicon Kirin 9000 SoC” prosessorundan istifadə oluncağı isə artıq insayderlər tərəfindən təsdiqlənib.

 

Planşetin təqdimat tarixi və qiyməti açıqlanmır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL