Ən sürətli birprosessorlu videokart
“AMD” şirkəti bu gün stolüstü kompyuterlər üçün növbəti nəsil “Radeon HD 7970” qrafik sürətləndiricisini təqdim edib.
İstehsalçının iddiasına görə, yeni “Graphics Core Next Architecture” arxitekturasında hazırlanmış videokart bazarda ən sürətli birprosessorlu həlldir. Bundan əlavə, bu, dünyada 28 nanometr çipdə hazırlanmış hələ ki yeganə videoadapterdir.
“Radeon HD 7970” videokartı 4,3 milyard tranzistordan ibarətdir. Axın prosessorlarının sayı 2048-ə, tekstur blokların sayı 128-ə bərabərdir.
Qrafik sürətləndirici 384 bitlik şinlə 3 Qb GDDR5 yaddaşı ilə təchiz edilib. Çip nüvəsinin tezliyi 925 MHz, yaddaşın tezliyi isə 1375 MHz təşkil edir.
“DirectX 11”, “PCİ Express 3.0” və “AMD” şirkətinin bir sıra firma texnologiyaları dəstəklənir. “Eyefinity 2.0” sistemi yüksək dəqiqlikli 6 ekrana qədər qoşulma imkanı təmin edir və stereoskopik təsviri dəstəkləyir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL