waplog

“8K” formatlı televizorların gələcəyi təsvir edilib


“Strategy Analytics” analitik agentliyi dörd ildən sonra böyük ekran diaqonalına malik “4K” formatlı televizorların satışdan çıxarılacağını proqnozlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ekspertlərin hesablamalarına görə, 2025-ci ildə “8K” matrisalı televizorların populyarlığı artacaq ki, bu da qeyd olunan seqment üzrə qurğuların satış həcminin artmasına səbəb olacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2021-ci ildə 1 milyon, 2022-ci ildə 4 milyondan çox “8K” televizor satılacaq. 2025-ci ildə Şimali Amerika və Çin “8K” televizorların tətbiqi tempinə görə aparıcı regionlar kimi təşəkkül tapacaq, 25 milyona yaxın ev təsərrüfatı minimum bir “8K” ekranlı məişət cihazına malik olacaq.

 

Hesabata görə, 2020-ci ildə “8K” formatlı televizorların satışı avadanlıq istehsalçılarının proqnozlarından aşağı səviyyədə olub. Koronavirus pandemiyası səbəbindən alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə yanaşı, əksər idman tədbirləri, məsələn, Olimpiya Oyunları ləğv edilib.

 

Bildirilir ki, “4K” televizor istehsalçılarının bütün istehsal xətlərini yeni televizorların buraxılışına keçirəcəyi gözlənilir ki, bu da “8K”dan fərqlənən modellərin satışdan çıxarılması ilə nəticələnəcək. “8K” formatına keçid 70 düymlük diaqonala malik böyük televizorlardan başlayacaq və 60 düym diaqonallı avadanlığın buraxılışı ilə başa çatacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL