waplog

“Sony” şirkəti 4K ekrana malik yeni qabaqcıl “Xperia 1 III” smartfonunu nümayiş etdirib


Yapon şirkəti “Snapdragon 888” prosessoru ilə təchiz edilmiş “Sony Xperia 1” qabaqcıl smartfonunun üçüncü nəslini təqdim edib. Təqdimat onlayn formatda keçirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Xperia 1 III” cihazında 4K təsvir ölçüsü və 120 hers təsvir yeniləmə tezliyinə malik 6,5 düymlük AMOLED matrisdən istifadə edilib. Ekran “Corning Gorilla Glass” qoruyucu şüşəsinə malikdir.

 

5G modemə malik “Qualcomm Snapdragon 888” qabaqcıl platforması smartfonun əsasını təşkil edir. 12 QB əməli yaadaş, 256 QB-lıq daşıyıcı quraşdırılıb. Qeyd edək ki, “Sony Xperia 1 III” aparatı dünyada yaddaş kartı slotu və audio konnektor ilə təchiz edilmiş yeganə qabaqcıl cihazdır, rəqiblər artıq çoxdan bu funksiayalardan imtina ediblər.

 

Smartfon dörd sensordan ibarət kamera modulu ilə təchiz edilib: hər birinin təsvir ölçüsü 12 mp olan 3 ədəd “Exmor RS” və 1 ədəd “3D ToF”. Bu seriyanın əvvəlki modelləri kimi “Xperia 1 III” modeli də “Photography Pro” funksiyasını dəstəkləyir.

 

İstehsalçı 4500 milliamper/saat tutumlu akkumulyatorun 3 ilədək işləyəcəyinə vəd verib. Smartfon 30 vattlıq simli və simsiz enerjidoldurma qurğuları ilə təchiz edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL