waplog

Aİ ölkələrində süni intellektin tətbiqi statistikası dərc edilib


Avropa İttifaqının Statistika Bürosu ("Avrostat") 2020-ci ildə Aİ ölkələrində süni intellektin tətbiqi statistikasını dərc edib. Statistikaya görə, ən azı 10 işçisi olan Avropa müəssisələrinin 7 faizində bu və ya digər süni intellekt həlləri tətbiq edilib. Lakin bu bölgü ölkədən ölkəyə fərqlənib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, Aİ statistikasında süni intellektdən istifadə edən dörd iş kateqoriyası sadalanıb. Birincisi, müəssisədə iritutumlu məlumatların analizi üçün kompüter təlimindən istifadədir. Bu iş üçün süni intellekt müəssisələrin 2 faizində tətbiq edilib. İkincisi, təbii dillərdə nitq tanıma və nitq generasiyası üçün iritutumlu məlumat analizi. Bu texnologiya Aİ müəssisələrinin 1 faizində tətbiq olunub.

 

Üçüncüsü, müştərilərin təbii dillərində ünsiyyət qabiliyyətinə malik çat-bot və ya virtual agentlərin tətbiqi. Bu texnologiya müəssisələrin 2 faizində tətbiq edilib. Dördüncüsü, monoton, təhlükəli və ya təkrarlanan əməliyyatlar üçün robotlardan istifadə - anbar, təmizləmə və s. Bu, Aİ müəssisələrinin 2 faizində tətbiq olunub.

 

2020-ci ildə Aİ-yə üzv dövlətlər arasında nəzərdən keçirilən süni intellekt proqramlarının birindən istifadə edən müəssisələrin ən yüksək payı İrlandiyada (23 faiz) qeydə alınıb. Sonrakı mövqelərdə Malta (19 faiz), Finlandiya (12 faiz) və Danimarka (11 faiz) qərarlaşıb.

 

Digər Aİ-yə üzv dövlətlərdə istehsal və kommersiyada süni intellektdən istifadə payı 10 faizdən az olub. Ən az pay Latviya (2 faiz), Sloveniya, Macarıstan, Kipr (hərəyə 3 faiz) və Polşada (4 faiz) qeydə alınıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL