waplog

“Google” məlumatlarla işləmək üçün “Logica” proqramlaşdırma dilini təqdim edib


“Google” şirkəti açıq mənbə koduna malik (“Apache 2.0” lisenziyası) “Logica” adlı yeni proqramlaşdırma dili təqdim edib. Yeni proqramlaşdırma dilinin adı Məntiq (Logic) və Aqreqasiya (Agregation) sözlərindən götürülüb. O, bundan əvvəl “Google” tərəfindən hazırlanmış “Yedalog” dilinin varisidir və “Datalog”a oxşardır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “servernews.ru” saytına istinadən yazır ki, SQL-də kompilyasiya edilən yeni proqramlaşdırma dili “Google BigQuery”də istifadə üçün əlçatandır, bu halda o, SQL-də mövcud olmayan abstraksiya mexanizmlərini dəstəkləyir. İddia edilir ki, “Logica” dili istifadəçi sorğularını və başqa tapşırıqların yoxlanılmasını asanlaşdırır.

 

Faktiki olaraq “Logica” dili SQL-in imkanlarını genişləndirir, çünki ötən əsrin 70-ci illərində istifadəyə verilmiş dilin imkanları müasir standartlara tam cavab vermir. Daha dəqiq “Logica” dilində modulları daxil etmək və təkrarlanan məntiqi blokları təkrarən istifadə etmək olar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL