waplog

“Microsoft” korporasiyası “Windows 7” üçün yeniləmə təqdim edib


Köhnəlmiş “Windows 7” əməliyyat sistemi (ƏS) üçün yeniləmə çıxarılıb. Bu haqda “Softpedia” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “KB5001335” adlı yeniləmə paketi həm təhlükəsizlik, həm də əməliyyat sistemi üzrə kiçik yeniləmələri əhatə edir. Məsələn, onlardan bir neçəsi ƏS-də müəyyən səhvləri aradan qaldırır.

 

Jurnalistlərin sözlərinə görə, yeniləmə yalnız sözügedən ƏS-nin bu və ya digər səbəblərə görə “Windows 10”nun mövcud versiyasına kimi yeniləmək imkanına malik olmayan korporativ istifadəçiləri üçün əlçatan olacaq. Məlumata görə, indiyədək dünyadakı kompüterlərin təxminən 20%-i “Windows 7” sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL