waplog

Dünyada minlərlə sayt müvəqqəti olaraq əlçatmaz olub


Dünyada minlərlə sayt və şəbəkə BGP marşrutlarının (dinamik marşrutlaşdırma protokolları) genişmiqyaslı itkisinə görə müvəqqəti olaraq əlçatmaz olub. Bu barədə marşrutlar haqqında informasiyanın izlənilməsi üçün istifadə olunan "Cisco BGPMon" alətinin saytında məlumat verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, ilk öncə sözügedən hadisə Hindistanda "Vodafone"nun (AS55410) avtonom sisteminə, ancaq nəticədə "Google" da daxil olmaqla ABŞ-dakı böyük şirkətlərə təsir edib. Operatorlar internet trafikinin marşrutlaşdırma sistemində uyğunsuzluq aşkar ediblər ki, bu da hakerlərin BGP marşrutlarına müdaxilə cəhdini təsdiq edir.

 

"Kentik" şirkətinin analitik bölməsinin rəhbəri Daq Medori "Twitter"də "BGPMon" alətinin məlumatlarını təsdiq edib. Onun sözlərinə görə, ASN 55410-dan keçən trafikin həcmi 13 dəfə artıb.

 

Nəticədə sistem səhvən 30 mindən çox BGP marşrutunu dəstəklədiyini elan edib və buna görə sistemdən onun emal edə bildiyindən daha çox trafik keçməyə başlayıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL