waplog

“IDC”: “Bu il İT və biznes xidmətləri bazarında artım sürətlə bərpa olunacaq”


“IDC” analitik şirkəti 2020-ci ildə dünyada İT və biznes xidmətlərinin satış həcminin 1,16 faiz (sabit valyuta məzənnəsinə görə) azalmasını açıqlayıb. Bununla belə, azalma 2020-ci ilin sentyabrında proqnozlaşdırılandan kəskin olmayıb. Ümumi həcm bir trilyon dollardan aşağı düşməyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, analitiklərin fikrincə, 2021-ci ildə bazarda artım aktiv şəkildə bərpa olunacaq. 2021-2022-ci illərdə artım əvvəlki proqnozda nəzərdə tutulduğundan xeyli çox olmaqla təxminən 4 faiz təşkil edəcək. Hazırda iqtisadiyyat perspektivdə daha yaxşı görünür, biznesin əminliyi artır, İT və biznes xidmətlərinə tələbat isə koronavirus pandemiyasının uzunmüddətli təsiri səbəbindən artır. Əksər tədarükçülərin fikrincə, böhran həm kommersiya şirkətlərini, həm də istehlakçıları rəqəmli texnologiyalara keçidə sövq edib. Bu, perspektivdə müsbət təsir göstərəcək.

 

2020-ci il xidmət tədarükçüləri üçün həm tələbat, həm də təklif baxımından çətin il olub. Lakin bazar dayanıqlıq nümayiş etdirib, aparıcı şirkətlər isə ilin yekunları üzrə sifarişlərin sayının çoxalmasını açıqlayıblar. Analitiklərin sözlərinə görə, inkişaf etmiş və inkişaf etməkdə olan bazarlarda artımın bərpası qeyri-bərabər baş verəcək, inflyasiya təhlükəsi hələ ki qalır, lakin artım ümumilikdə yaxın iki ildə mümkündür.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL