waplog

Yeni smartfon defisiti proqnozlaşdırılır


Elektronika üçün prosessorların tədarükünün məhdudlaşdırılması 2022-ci ildə də davam edəcək. Bu, qurğu çatışmazlığına təsir göstərəcək. Bu barədə “Gadgets 360” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Taiwan Semiconductor Manufacturing Co” (TSMC) şirkətinin nümayəndələrinin sözlərinə görə, zavodların məhsuldarlığının artırılması üçün bütün mümkün addımlar atılır. Dünyanın ən böyük mikrosxem istehsalçısının təmsilçiləri qeyd edib ki, zavodlar genişləndirilir və məhsullar üçün əlverişli qiymətlərin saxlanılması üzərində iş aparılır. “Biz torpaq və avadanlıq alaraq yeni obyektlərin tikintisinə başlamışıq”, – “TSMC” rəhbəri Si Si Vey bildirib.

 

Bu tədbir şirkətin yarımkeçiricilər bazarında çatışmazlığın davam edəcəyini proqnozlaşdırması ilə əlaqədar görülüb. Korporasiya analitiklərinin sözlərinə görə, prosessor çatışmazlığı 2022-ci ildə də davam edəcək. Bir müddət əvvəl oxşar proqnozu “Intel” şirkətinin rəhbəri Pet Qelsincer səsləndirib. Onun gözləntisinə görə, defisit minimim iki il çəkəcək.

 

Prosessor çatışmazlığı ilə əlaqədar qurğuların, o cümlədən smartfon və avtomobillərin defisiti proqnozlaşdırılır. Məsələn, “TSMC” növbəti rübdən etibarən elektromobillərin istehsalı üçün komponent hissələrin çatışmazlığını gözləyir.

 

Bununla yanaşı, şirkət maliyyə vəziyyətinin yaxşı olmasını qeyd edir. Defisit və çoxlu sifarişlər səbəbindən birinci rübdə gəlir artımı bazar gözləntisini üstələyərək 19,4 faiz təşkil edib. “TSMC” şirkətinin yanvar-martda xalis gəliri 4,72 milyard dollarlıq orta göstərici ilə müqayisədə 4,93 milyard dollara bərabər olub.

 

İstehsalın genişləndirilməsi və artırılmasına baxmayaraq pandemiya səbəbindən korporasiya prosessorların buraxılışını məhdud sayda davam etdirəcək. “TSMC” şirkəti “Apple” və digər elektronika istehsalçılarının tərəfdaşı qismində çıxış edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL