waplog

Dünyada 4 nm-lik texnoloji proses üzrə hazırlanmış ilk prosessor təqdim ediləcək


Tayvanın "MediaTek" şirkəti yeni texnoloji prosesə keçidə hazırlaşır. Bu barədə "Gizmochina" nəşri yazır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, məlumata görə, "MediaTek" çip istehsalçısı 4 nanometrlik (nm) platformaların istehsalı üçün artıq "TSMC" şirkəti ilə müqavilə bağlamaq məqsədilə danışıqlar aparır. Nəticədə Çinin "Oppo", "Vivo" və "Xiaomi" şirkətləri məhz yeni prosessorlar üçün xüsusi olaraq "MediaTek" şirkətindən sifariş verirlər.

 

Lakin prosessorların istehsalı üçün daha incə texnoloji prosesə keçid çiplərin və sonradan smartfonların kəskin bahalanmasına gətirib çıxara bilər.

 

Ucuz prosessorların istehsalı üzrə ixtisaslaşmış "MediaTek" şirkəti yeni həllini "Apple" və "Qualcomm"dan öncə təqdim etməyə hazırlaşır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL