waplog

“Apple” korporasiyası noutbukları yanacaq elementləri ilə təchiz edəcək


“Apple” şirkəti ABŞ-ın Patent və ticarət markaları idarəsinə (USPTO) portativ qurğular üçün "yanacaq elementləri sistemi" ilə bağlı 2 patent ərizəsi verib.

Söhbət noutbuk və digər qurğularda ənənəvi akkumulyator batareyalarının əvəzinə hidrogen yanacaq elementlərinin istifadəsindən gedir. Bu, portativ qurğuların ölçülərini və çəkisini azaltmağa imkan verəcək.

Bununla belə “Apple” şirkəti təsdiq edir ki, münasib maya dəyəri ilə yığcam yanacaq elementlərinin yaradılması müəyyən çətinliklərlə bağlıdır.Qeyd edək ki, yanacaq elementləri ilə işləyən portativ qurğu prototipləri bir neçə il əvvəl təqdim edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL